Medianews.az
Heç bir avadanlıq olmadan 2,5 metr hündürlüyə tullandılar –
124 baxış

Heç bir avadanlıq olmadan 2,5 metr hündürlüyə tullandılar – VİDEO

Keniyada keçirilən hündürlüyə tullanma yarışı sosial şəbəkələrdə böyük maraq doğurub.

Medianews.az xəbər verir ki, yarış zamanı idmançıların heç bir xüsusi avadanlıqdan istifadə etmədən təxminən 2,5 metr hündürlükdəki dirəyi rahatlıqla keçməsi izləyənləri heyrətləndirib.

Görüntülərdə iştirakçıların yalnız qaçaraq və sıçrayaraq yüksək maneəni aşdığı əks olunub.

Yarışı izləyənlər idmançıların sərgilədiyi performans qarşısında təəccüblərini gizlədə bilməyiblər. Sosial şəbəkələrdə yayılan videolar qısa zamanda geniş müzakirələrə səbəb olub.

Medianews.az

Bizə qoşulun