Medianews.az
Sabah hava necə olacaq?
111 baxış

Sabah hava necə olacaq?

Milli Hidrometeorologiya Xidməti mayın 19-na gözlənilən hava proqnozunu açıqlayıb.

Xidmətdən Medianews.az-a bildiriblər ki, Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacaq. Gündüz yağış bəzi şəhərətrafı ərazilərdə qısamüddətli intensivləşəcək, şimşək çaxacaq. Gecə və səhər duman olacaq. Cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 15-18° isti, gündüz 19-23° isti olacaq. Atmosfer təzyiqi 751 mm civə sütunundan 755 civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntı olacaq. Ayrı-ayrı yerlərdə şimşək çaxacaq, dolu düşəcək, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-18° isti, gündüz 20-25° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti, bəzi yerlərdə 20-24° isti olacaq.

Medianews.az

Bizə qoşulun