"Şəhərsalma nəinki Bakı üçün, bir çox Azərbaycan şəhərləri üçün elə bir məsələdir ki, biz gündəlik əsaslarla onun üzərində işləyirik".
Medianews.az-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində çıxışı zamanı deyib.
Dövlətimizin başçısı bu ilin Azərbaycanda "Şəhərsalma və memarlıq ili" elan olunduğunu da diqqətə çatdırıb.