Medianews.az
Mütəxəssislər xəbərdarlıq edir:
125 baxış

Mütəxəssislər xəbərdarlıq edir: Süni intellekt asılılığı insan zəkasını zəiflədə bilər

Qrinviç Kral Rəsədxanası  (Greenwich Royal Observatory) nümayəndələri süni intellekt vasitələrindən həddindən artıq istifadənin insanın düşünmə və təhlil qabiliyyətini zəiflədə biləcəyi barədə xəbərdarlıq ediblər.

Medianews.az xəbər verir ki, qurumun nümayəndəsi Paddi Rodcersin sözlərinə görə, hazır cavablara tam güvənmək insanın araşdırma, sual vermə və nəticə çıxarma vərdişlərini azalda bilər.

 Bu isə uzunmüddətli perspektivdə innovasiya bacarıqlarına mənfi təsir göstərə bilər.

Mütəxəssislər qeyd edir ki, tarixdə “lazımsız” hesab edilən bir çox elmi müşahidələr sonradan mühüm kəşflərə və texnoloji inkişaflara əsas yaradıb. İnsan marağı və təsadüfi tapıntılar bir çox elmi sıçrayışların əsas səbəbi olub.

Eyni zamanda süni intellektin elmdə, o cümlədən AlphaFold2 (Google şirkətinin DeepMind bölməsi tərəfindən yaradılmış inqilabi süni intellekt (AI) sistemi) kimi uğurlu layihələrdə mühüm rol oynadığı da vurğulanır.

Təhsil ekspertləri süni intellektin köməkçi vasitə kimi istifadəsini dəstəkləsə də, düşünmə prosesinin tamamilə texnologiyaya ötürülməsini riskli hesab edirlər. Onların fikrincə, bu, insanları yoxlanıla bilən mənbələrdən uzaqlaşdıra bilər.

Medianews.az

 

Bizə qoşulun