Medianews.az
“Onları televiziyadan təmizləmək lazımdır” - Faytonçu Nazim ƏSƏBLƏŞDİ -
206 baxış

“Onları televiziyadan təmizləmək lazımdır” - Faytonçu Nazim ƏSƏBLƏŞDİ - FOTO+ÖZƏL

“Bu gün özünə hörmət edən sənət adamı efirlərə çıxmır. O bu biyabırçılıqda görünmək istəmir. Mən illərlə əziyyət çəkmişəm, öz adımı təsdiqləmişəm, adım-sanım var. Xalqın gözü də tərəzidir. Niyə tamaşaçıların gözündən düşməliyəm ki?! Tez-tez efirlərə dəvət alıram, amma ürəyimcə olmadığı üçün getmirəm. Düzdür, bu sözümü hamıya şamil edə bilmərəm. Bizim yaxşı aparıcı, jurnalist və redaktorlarımız da var, amma çox azdırlar. Hər sahədə sənətkarlarımız azlıq təşkil edir”. Bunu Medianews.az-a açıqlamasında tanınmış müğənni Nazim Pişyari deyib.

O daha sonra əlavə edib:

“Hər şeyi oyuncağa çeviriblər. Həmçinin oxumağı da. Onlar deyirlər ki, Nazim oxuya bilirsə mən də oxuyacam, Çingiz Əhmədov aktyorluq edirsə mən də aktyorluq edə bilərəm, Yusif Ağayev, Rahib Azəri əgər yaxşı radio aparıcısıdırsa, mən də ola bilərəm. İnsanlar hər şeyə belə yanaşırlar. Aparıcıların özünü də “təmizləmək” lazımdır. Zaurları efirdən uzaqlaşdırdılar, Xoşqədəm Baxşəliyevanın verilişini bağladılar, bu o demək deyil ki, iş bununla bitir?! Təkcə onlar deyildiki! Onlar sosial yönümlü verilişlər aparırdılar, əlbəttə ki, həmin verilişlərin də himayədarları var idi. Heç nəyi özbaşına etmirdilər. Dərd ondadır ki, musiqi ilə bağlı veriliş aparan apacılarımıza baxıram, qandıqları qrafa yoxdur. Şoumen olmayan şəxs şou verilişi aparır. Heç özünü apara bilmir. Ona görə də bizim verilişlərimiz gözdən düşür. Vəziyyətin nə yerdə olduğunu görürsüz. Guya efirlərimiz düzəlməyə doğru gedir. 15-20 müğənniyə qadağa qoymaqla o demək deyil ki, efirlərimizi düzəldəcəyik?! Xeyr, bununla razı deyiləm. Bu gün də efirlərə elə adamlar çıxır ki, heç də qadağada olan müğənnilərdən artıq deyillər. Bilmirəm hansı səbəbə görə onlar qalıb, digərləri qadağaya düşüb?! Hər şeyə obyektiv baxmaq lazımdır. Birinə qadağa qoyursan, o birinə yox. Bu sözüm həm də aparıcılara aiddir. Bəs bu ağızlarına gələni yazan jurnalistlərə niyə qadağa qoymurlar?! Bu adamın əlində 4 efir var-yutub, tiktok, instaqram və facebook. Canlı yayım da efirdir də. Televiziyada qadağa qoyacaqsan, canlısını açıb orada danışacaq. O şəxsləri sosialdan daha çox insan izləyir, nəinki efirlərdən. Tiktok və digər sosial platformalara da qadağa tətbiq olunmalıdır. Bu ədəbsizlik, tərbiyəsizlik nə vaxta qədər davam edəcək?”.

Əli Əsgər,

Medianews.az 

Bizə qoşulun