Medianews.az
Küləkli hava: sarı və narıncı xəbərdarlıq verildi
124 baxış

Küləkli hava: sarı və narıncı xəbərdarlıq verildi

Aprelin 6-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Medianews.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında, Qazax, Ağstafa, Daşkəsən, Mingəçevir, Naftalan, Goranboyda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Ölkənin digər bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək.

Bizə qoşulun