Medianews.az
Qoz ləpəsini
64 baxış

Qoz ləpəsini bu saatlarda yeyin

İnsan orqanizmi üçün ən faydalı qidalardan biri də qoz ləpəsi sayılır.

Medianews.az xəbər verir ki, mütəxəssislər hər bir insanın ləpə istehlak etməsinin vacib olduğunu bildirirlər. Alimlərə görə, qoz ləpəsi xüsusilə də beynin funksiyasını yaxşılaşdırır.

Bəs günün hansı saatlarında ləpə yemək lazımdır?

Mütəxəssislər bu suala da aydinlıq gətiriblər. Onlar şəhər saatlarında, xüsusilə səhər yeməyində ləpə yeməyin faydalı olduğunu bildiriblər. Alimlər səhhəti qaydasında olan, heç bir xəstəlikdən əziyyət çəkməyən insanlara hər gün səhər yeməyində 50 qram qoz ləpəsi yeməyi tövsiyə ediblər.

Mütəxəssislər axşam yeməyindən sonra qoz ləpəsi istehlak etməyi məsləhət görmürlər. Amma axşam yeməyindən imtina edən adamların 28-42 qram qoz ləpəsi yeməsi tövsiyə olunur.

Belə ki, tələbələrin və gərgin zehni fəaliyyətlə məşğul olan şəxslərin hər gün ləpə yeməsi vacibdir. Alimlər bunu qoz ləpəsinin tərkibindəki B vitamininin və antioksidləşdiricilərin yüksək olması ilə izah ediblər.

Bizə qoşulun