Livanın şimalında Tripoli şəhərində beşmərtəbəli yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 14-ə çatıb.
"Report" TASS istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Xidmətinin rəisi general İmad Xreyş "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Fevralın 8-də uçan binanın yerləşdiyi ərazidə axtarış-xilasetmə əməliyyatı bütün gecə davam edib. Hazırda dağıntılar altında 14 meyit aşkar edilib, 8 nəfəri isə sağ çıxarmaq mümkün olub, onlar xəstəxanaya göndəriliblər".