"Liverpul"un yeni baş məşqçisi müəyyənləşib.
Klub rəhbərliyi və Andoni İrayola arasında razılıq əldə olunub.
Məlumata görə, son 48 saat ərzində aparılan danışıqlar müsbət nəticələnib və tərəflər müqaviləni tamamlamağa nail olublar.
Qeyd edək ki, ispaniyalı mütəxəssis İngiltərə Premyer Liqasında "Bornemut" klubunda çalışırdı. O, ötən mövsümün sonunda komandadan göndərilən Arne Slotun yerinə gətirilib./oxu.az
