Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
Medianews.az xəbər verir ki, hadisə rayonun Əsrik Cırdaxan kəndi ərazisində qeydə alınıb. Belə ki hərəkətdə olan avtomobil qarşısına çıxan iki baş mal-qaranı vurub. Daha sonra avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Qəza zamanı bir neçə nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır. \ Unikal