"Neftçi” klubu kapitanlar – Emin Mahmudov və Emil Balayevlə müqavilə müddətlərini uzadıb.
Medianews.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni anlaşmaya əsasən, Mahmudovla 1+1 illik yeni anlaşma əldə olunub.
Balayevlə isə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 2017/18 mövsümündən "ağ-qaralar”ın şərəfini qoruyan Emin Mahmudov geridə qalan 9 mövsüm ərzində 289 rəsmi oyuna çıxıb, 72 qola imza atıb.