"Təhlükəsizlik məqsədilə məktəblərdə distant təhsilə keçid nəzərdə tutulmur".
Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirilən brifinqdə deyib.
O bildirib ki, hazırkı qanunvericilikdə təhlükəsizlik məqsədləri üçün distant təhsil nəzərdə tutulmur, məktəb şagirdlər üçündür, gəlib məktəbdə təhsil almalıdırlar:
"Müəllim təminatı həyata keçirilməsi imkanı məhdud olan, tədrisin keyfiyyətli təmin edilməsi məhdud olan məktəblərdə distant təhsilə keçid edilir"./oxu.az