Medianews.az
Məşhur yazarın pedofil milyarderə göndərdiyi mesaj
61 baxış

Məşhur yazarın pedofil milyarderə göndərdiyi mesaj ORTAYA ÇIXDI

ABŞ-də yeni dərc olunan Ceffri Epşteyn sənədləri beynəlxalq ictimaiyyətdə geniş rezonans doğurub.

Medianews.az xəbər verir ki, sənədlər arasında Hindistanda anadan olmuş, dünyaca məşhur yazıçı və ruhani Deepak Chopra adına aid olduğu iddia edilən bir elektron məktub xüsusi diqqət çəkib.

İddialara görə, sözügedən e-poçtda Chopra tərəfindən Epşteynə ünvanlandığı deyilən “Tanrı uydurmadır. Gözəl qızlar gerçəkdir” ifadəsi yer alıb. Bu cümlə sənədlərin yayılmasından sonra xarici mətbuatda və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

İnternetdə yayılan sənəd “Dünya şokdadır!” başlıqları ilə paylaşılaraq, məşhur müəllifin pozğun milyarderə “şirin qız” mesajı göndərdiyi iddiaları ilə gündəmə gətirilib. Mövzu qısa zamanda sosial mediada trendə çevrilib və istifadəçilər arasında kəskin mübahisələrə yol açıb.

Dünya şokta! Ünlü yazardan sapık milyardere 'Tatlı kız' mesajı

Xarici mətbuatın təhlillərində qeyd olunur ki, bu ifadələr birbaşa və tam təsdiqlənmiş yazışma kimi təqdim edilmir. Bildirilir ki, Chopra adının yer aldığı e-poçt trafiki əsasən gündəlik yazışmalar və xəbər paylaşımlarından ibarətdir. Sözügedən cümlənin konteksti və həqiqiliyi ilə bağlı müzakirələr isə hələ də davam edir.

Ekspertlər və hüquq dairələri vurğulayır ki, Epşteyn sənədlərində bir şəxsin adının çəkilməsi avtomatik olaraq ittiham və ya birbaşa əlaqə anlamına gəlmir. Sənədlərin böyük hissəsinin iddialar, şərhlər və dolayı məlumatlardan ibarət olduğu qeyd olunur.

Hazırda Jeffrey Epstein ilə bağlı yayılan bu iddialara dair Deepak Chopra tərəfindən hər hansı rəsmi açıqlama verilməyib.

Medianews.az

Deepak Chopra

Bizə qoşulun