"Milan”ın əfsanəsi müdafiəçisi Alessandro Nesta Roberto De Dzerbinin “Tottenhem”dəki məşqçilər heyətinə qoşulmaq təklifini rədd edib.
Medinews.az xəbər verir ki, bu barədə məlumatı insayder Nikolo Şira sosial media səhifəsində paylaşıb.
Mənbənin məlumatına görə, Nesta karyerasını baş məşqçi kimi davam etdirmək niyyətindədir və klublardan təkliflər gözləyir.
De Dzerbi bir neçə gün əvvəl “Tottenhem”in baş məşqçisi təyin edilib və artıq Çempionşipə düşsə belə, klubdan ayrılmayacağını bildirib.//Publika.az