Müğənni Nuranla ARB TV arasında gərginlik yaşandığı iddia edilir.
Demokrat.az xəbər verir ki, buna səbəb sənətçinin öncədən lentə alınmış görüntülərinin və açıqlamalarının efirə verilməməsidir.
Verilişin yayımı heç bir rəsmi səbəb göstərilmədən dayandırılıb.
İfaçının komandası təkrarlanan bu halla bağlı kanal rəhbərliyinə müraciət edərək məsələyə aydınlıq gətirilməsini istəyib. Aparılan danışıqlara baxmayaraq, qarşı tərəf baş verənlərlə bağlı əsaslı izah təqdim edə bilməyib.
Televiziya rəsmiləri müğənniyə qarşı hər hansı qadağanın tətbiq olunmadığını bildirsələr də, efirə buraxılmayan materiallar və atılan addımlar fərqli mənzərə ortaya qoyur. Hadisələrin gedişatı tərəflər arasında gizli qadağa iddialarını daha da gücləndirir.
30.06.2026, 06:18
117
baxış
Zara Editor