Türkiyə kinosunun tanınmış aktrisası Türkan Şoray mərhum aktyor Kadir İnanırın vəfatından sonra qatıldığı ilk tədbirdə duyğusal anlar yaşayıb.
Demokrat.az xəbər verir ki, Kadir İnanırın dəfn mərasimində halı pisləşən sənətçi, daha əvvəl planlaşdırılmış görüş proqramı çərçivəsində pərəstişkarları ilə bir araya gəlib. Tədbirdən əvvəl jurnalistlərin suallarını cavablandıran Şoray, yaxın dostunun vəfatı ilə bağlı danışarkən kövrəlib və sözlərini çətinliklə ifadə edib.
Səhnədə çıxış edən aktrisa kədərinin hələ də çox təzə olduğunu bildirib.
“Əslində sizinlə burada görüşmək üçün çox əvvəl söz vermişdim. O zaman bu acı hadisə baş verməmişdi. Həqiqətən də kədərimiz çox təzədir. Bu, çox böyük itkidir. O, hər zaman qəlbimdə yaşayacaq”, – deyə Türkan Şoray bildirib.
Aktrisanın duyğusal çıxışı tədbir iştirakçılarını da kövrəldib və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
30.06.2026, 07:07
131
baxış
Zara Editor