"Nyu-York" NBA pley-off mərhələsinin final seriyasının beşinci oyununda səfərdə "San-Antonio"ya 94:90 hesabı ilə qalib gələrək, 1973-cü ildən bəri ilk dəfə çempion olub.
Medianews.az oxu.az-a istinadən xəbər verir ki, dörd qələbəyə qədər davam edən seriyada hesab "Nyu-York"un xeyrinə olub - 4:1.
Klub bununla üçüncü dəfə NBA çempionluğunu qazanıb. İlk iki titul 1970 və 1973-cü illərdə əldə edilmişdi.
Xatırladaq ki, ötən mövsümdə NBA çempionu "Oklahoma" olmuşdu.