Medianews.az
“Nutella” 60 ildən sonra
80 baxış

“Nutella” 60 ildən sonra ilk dəfə tərkibini dəyişir

Dünyaca məşhur “Nutella” kremi tarixində ilk dəfə əsas xəttinə yeni dad əlavə etməyə hazırlaşır. Musavat.com xəbər verir ki, şirkət 1964-cü ildən bəri dəyişməyən klassik reseptdən kənara çıxaraq, fıstıqlı yeni variantı əvvəlcə ABŞ bazarında təqdim edəcək.

Məlumata görə, bu qərar Amerika bazarındakı istehlak vərdişləri ilə əlaqədardır. Belə ki, ABŞ-də fıstıq yağı olduqca populyardır və istehsalçı da yerli zövqlərə uyğun məhsul təklif etməyə çalışır.

Bildirilir ki, yeni məhsul “Nutella”nın uzun illərdir qorunan baza reseptində ilk ciddi yenilik sayılır. Bununla belə, Avropa və digər regionlarda hələlik klassik dadın – şokolad və fındıq qarışığının üstünlük təşkil edəcəyi vurğulanır.

Beləliklə, “Nutella” ABŞ-də yeni dad sınağına başlasa da, dünyanın böyük hissəsində ənənəvi versiya əsas məhsul olaraq qalacaq.(Musavat.com)

Bizə qoşulun