Astrologiyada bəzi bürclər enerjili və hərəkətli quruluşları ilə tanınarkən, digərləri dincəlməyi, rahatlığı və yuxunu hər şeydən üstün tutur.
Demokrat.az bildirir ki, günün böyük hissəsini yataqda keçirməkdən həzz alan, tənbəlliyə və yuxuya meylli bürclər bunlardır.
Buğa
Rahatlıq və ləzzət deyiləndə ilk yada düşən bürc Buğadır. Onlar üçün yataq sadəcə yatmaq yeri deyil, xüsusi bir sığınacaqdır. Dadlı yeməklər yeyib, saatlarla uzanmaq Buğa bürcünün ən böyük xoşbəxtliyidir. Tələsməyi heç sevmirlər və enerjilərini qorumaq üçün uzun müddət dincəlməyə ehtiyac duyurlar.
Balıqlar
Xəyalpərəst və emosional olan Balıqlar real dünyanın gərginliyindən qaçmaq üçün tez-tez yuxuya sığınırlar. Onlar üçün yuxu həm də xəyal dünyasına keçid vasitəsidir. Səhərlər yataqdan durmaq Balıqlar üçün ən çətin tapşırıqlardan biri hesab olunur. Bu bürcün nümayəndələri günorta yuxusunu da çox sevirlər.
Xərçəng
Ev quşu olan Xərçənglər öz evlərində, xüsusilə də yataqlarında vaxt keçirməyə aşiqdirlər. Emosional olaraq yorulduqları an dərhal çarpayılarına qaçıb güclərini bərpa etmək istəyirlər. Rahat yorğan-döşək və sakit mühit Xərçəngi günlərlə yerindən tərpənməməyə razı sala bilər.
Şir
Şirlər hər nə qədər enerjili və diqqət mərkəzində olmağı sevən görünsələr də, əslində pişik kimidirlər. Günəşin altında uzanıb tənbəllik etmək, saatlarla heç bir iş görmədən dincəlmək onların təbiətində var. Krallara layiq bir yuxu çəkmək Şir bürcünün ən sevdiyi fəaliyyətlərdəndir.
16.06.2026, 07:00
222
baxış
Zara Editor