Medianews.az
Premyer Liqanın ən yaxşı futbolçusu kim olacaq? -
154 baxış

Premyer Liqanın ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər açıqlandı

İngiltərə Premyer Liqası 2025/26 mövsümünün ən yaxşı futbolçusu mükafatına namizədlərin siyahısını açıqlayıb.

Medianews.az Publika.az-a istinadən xəbər verir ki, mükafata səkkiz futbolçu iddia edir. Namizədlər arasında Bruno Fernandes (“Mançester Yunayted”), Erlinq Haaland (“Mançester Siti”), Antuan Semenyo (“Mançester Siti”/ keçmiş “Bornmut”), Morqan Gibbs-Uayt (“Nottinqem Forest”), İqor Tyaqo (Brentford), Qabriel Maqalyaes, David Raya və Deklan Rays ( hamısı “Arsenal”) yer alıb.

Azarkeş səsverməsinin nəticələri mayın 18-də açıqlanacaq. Ötən mövsüm “Liverpul”un hücumçusu Məhəmməd Salah Premyer Liqanın ən yaxşı oyunçusu seçilmişdi.

Bizə qoşulun