Medianews.az
Vin Dizel film nümayişində mərhum aktyoru göz yaşları ilə yad edib -
146 baxış

Vin Dizel film nümayişində mərhum aktyoru göz yaşları ilə yad edib - VİDEO

Kannda keçirilən Film Festivalında “Sürətli və Qəzəbli” (“Fast & Furious”) filminin xüsusi nümayişi zamanı aktyor Vin Dizel mərhum dostu Pol Uokeri emosional çıxışı ilə yad edib.

Medianews.az xəbər verir ki, 2001-ci ildə çəkilən filmin 25 illiyi münasibətilə təşkil olunan gecədə Dizel və filmin əsas aktyor heyəti səhnəyə çıxıb.

Nümayişdən sonra aktyor göz yaşlarını saxlaya bilməyib və Uokerlə bağlı xatirələrini bölüşüb.

Dizel çıxışında Pol Uokeri “qardaş kimi yaxın insan” adlandıraraq, “Onun kimi bir qardaşınız olsun” deyə tamaşaçılara müraciət edib. O, həmçinin Uokerin qızı Medou Uoker təqdim edərək onun ailəyə verdiyi gücdən danışıb.

Tədbirdə Mişel Rodrigez və Djordana Bryuster də iştirak edib. Nümayişdən sonra zalda bir neçə dəqiqəlik alqış sədaları yüksəlib.

Pol Uoker 2013-cü ildə avtomobil qəzasında həyatını itirmişdi. O, “Sürətli və Qəzəbli” seriyasının əsas aktyorlarından biri idi.

Medianews.az

Bizə qoşulun