Medianews.az
Prezident İlham Əliyevin qaldığı hoteldə təxribat törədənlərdən birinin kimliyi
59 baxış

Prezident İlham Əliyevin qaldığı hoteldə təxribat törədənlərdən birinin kimliyi BƏLLİ OLDU

Xaricdə yaşayan bir neçə azərbaycanlı ünsür aqressiv və təhrikedici formada Prezident İlham Əliyevin qaldığı hotelə daxil olmaq istəyib.

Onlar kifayət qədər qeyri-etik davranışlar sərgiləyərək təhlükəsizlik kordonunu yarmağa və zorla hotelə daxil olmağa cəhd göstəriblər.

Azərbaycan Prezidentinin təhlükəsizlik xidmətinin əməkdaşları isə vaxtında və adekvat tədbir görərək ölkəmizin adını batıran vətən xainlərini zərərsizləşdiriblər.

Medianews.az Konkret.az-a istinadən xəbər verir ki, ölkəmizə qarşı təxribat törədənlərdən birinin kimliyi məlum olub.

Bu antimilli ünsür Amerikada yaşayan “TikTok”er, “Adil Black” ləqəbli Adil Əmrahlıdır.

Qeyd edək ki, Adil Əmrahlı xarici xüsusi xidmət orqanlarının əlində oyuncağa çevrilən, dövlətinə və xalqına xəyanət edən Tural Sadıqlının “Youtube” kanalında canlı yayına çıxaraq ölkəmiz əleyhinə neqativ və aşağılayıcı fikirlər səsləndirməsi ilə tanınır. Görünür o da, xarici kəşfiyyatlar tərəfindən ölkəmizə qarşı “Verbovka” edilən xainlərdən biridir.

Bundan başqa Adil Əmrahlı Amerikada yaşayan və ölkəmizi pisləyən videoları və söyüş ritorikası ilə tanınan “TikTok”er Əli Rəhimli ilə də dostluq əlaqələrinə malikdir.

Bütün bu faktlar onu göstərir ki, dövlətinə və xalqına qarşı çıxan antimilli ünsürlər öz “ağa”larının qucağında oturaraq Azərbaycanın adını ləkələmək və nüfuzumuza xələl gətirməklə məşğuldurlar. Ancaq arzuları ürəklərində qalacaq, çünki xalq və dövlət birliyi buna heç vaxt imkan verməyəcək.

Bizə qoşulun