Medianews.az
"Qarabağ" bu gün iki matça
104 baxış

"Qarabağ" bu gün iki matça çıxacaq

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün sözügedən ölkədə daha iki yoxlama oyunu keçirəcək.

Medianews.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda ilk olaraq Ukrayna təmsilçisi "Xarkov"la üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

"Köhlən atlar" ikinci matçında Macarıstanın "Ferentsvaroş" kollektivi ilə qarşılaşacaq. Bu görüş isə saat 19:30-da başlayacaq.

Xatırladaq ki, Avstriyadakı ilk yoxlama oyununda "Tirol"a 4 cavabsız qolla qalib gələn "Qarabağ" Bakıda "Zirə"ni üstələyib - 4:3.\Bakıvaxtı.az

Bizə qoşulun