Medianews.az
Real Madriddə futbolçular bir-birinə girdi
112 baxış

Real Madriddə futbolçular bir-birinə girdi

Real Madrid klubunda daxili böhranla bağlı iddialar İspaniya futbolunda gündəmin əsas mövzusuna çevrilib. Komandanın futbolçusu Dani Ceballos verdiyi qalmaqallı açıqlamalarla klubdakı problemləri açıq şəkildə etiraf edib.

Medianews.az Musavat.com-a istinadən xəbər verir ki, mövsümü kuboksuz başa vuran Madrid təmsilçisində futbolçular arasında ciddi gərginlik yaşandığı iddia olunur.

Dani Seballos açıqlamasında klub daxilində baş verənləri “sızdırdığını” etiraf edib:

“Artıq yalan danışmayacağam. Hər şeyi sızdırdım, çünki bu klub mənimlə maraqlanmır”, – deyə ispaniyalı futbolçu bildirib.

Seballos komanda daxilində demək olar ki, hər həftə mübahisələr yaşandığını deyərək diqqətçəkən iddialar səsləndirib:

“Federico Valverde ilə Aurélien Tchouaméni arasındakı dava baş verənlərin yalnız kiçik hissəsidir. Oyunçular bir-birini günahlandırır, soyunma otağında tam xaos hökm sürür”, – deyə o bildirib.

İspan futbolçu mövsümün sonunda komandadan ayrılacağını da açıqlayıb:

“Real Madrid insanların düşündüyü kimi deyil”, – deyə Seballos vurğulayıb.

Qalmaqallı açıqlamalardan sonra klub prezidenti Florentino Pérez sərt reaksiya verib.

Perez bildirib ki, futbolçular arasında mübahisələrin olması normaldır, lakin bunlar klub daxilində qalmalıdır:

“Mən 26 ildir buradayam. Oyunçuların dalaşmadığı bir mövsüm olmayıb. Amma bunlar ailə daxilində həll olunur”, – deyə prezident qeyd edib.

Florentino Perez həmçinin klub ətrafında “xaos atmosferi” yaradılmasına imkan verməyəcəyini bildirib:

“Onlar bir-birini təpikləyir, sonra yenidən dostlaşırlar. Bəzilərinin yaratmağa çalışdığı bu xaos görüntüsünə icazə verməyəcəyəm”, – deyə o əlavə edib.

Bizə qoşulun