Mütəxəssislər bildirirlər ki, bananı dondurduqda onun vitamin və lif tərkibi dəyişmir, lakin dadı daha şirin olur və teksturası kremə bənzəyir.
Medianews.az xəbər verir ki, araşdırmalara görə, aşağı temperatur meyvənin hüceyrə quruluşunu dəyişdirdiyi üçün banan yumşalır və dondurmaya bənzər konsistensiya alır. Bununla yanaşı, təbii şəkərlər daha tez hiss olunduğundan meyvə daha şirin dad verir.
Mütəxəssislər qeyd edir ki, dondurulmuş banan toxluq hissini də artıra bilər. Bundan əlavə, onun tərkibində yaranan rezistent nişasta bağırsaq fəaliyyəti üçün faydalı hesab olunur.
Bananın əvvəlcədən soyulub hissələrə bölünərək dondurulması tövsiyə edilir.
Medianews.az