Medianews.az
“Real” onun ayrılığını rəsmən açıqladı
92 baxış

“Real” onun ayrılığını rəsmən açıqladı

“Real” əfsanəvi müdafiəçisi Dani Karvaxalla yollarını ayırdığını rəsmən açıqlayıb.

Medianews.az Publika.az-a istinadən xəbər verir ki, Madrid klubu iyunda başa çatan müqaviləni uzatmamaq qərarı verib.

34 yaşlı Karvaxal 2002-ci ildə “Real”a sisteminə qoşulub. O, 10 il klubun aşağı yaş qruplarında çıxış edib, daha sonra isə əsas komandada 13 mövsüm keçirib.

Təcrübəli müdafiəçi “kral klubu”nun heyətində 450 oyuna çıxıb, 14 qol vurub və 27 titul qazanıb. Onların arasında 6 dəfə UEFA Çempionlar Liqası kubokunu qazanması xüsusi yer tutur.

Bizə qoşulun