Medianews.az
“Metabolizma” nədir? -
108 baxış

“Metabolizma” nədir? - Düşündüyünüzdən daha geniş anlayışdır

Gündəlik həyatda tez-tez işlədilən “metabolizma” sözü əslində “dəyişmə” və “çevrilmə” mənasını ifadə edir.

Medianews.az xəbər verir ki, termin qədim yunan dilindəki “metabole” sözündən yaranıb.

Mütəxəssislərə görə, metabolizma təkcə kalori yandırmaq deyil, orqanizmdə baş verən bütün həyati proseslərin ümumi adıdır. Nəfəs alma, həzm, enerji istehsalı, əzələlərin fəaliyyəti və bədən temperaturunun qorunması metabolizmanın əsas funksiyalarına daxildir.

“Meta” sözü dəyişiklik, “ballein” isə çevrilmə mənası daşıyır. Bu anlayış zamanla latın, fransız və ingilis dillərinə keçərək müasir elmdə “metabolism” formasında istifadə olunmağa başlayıb.

Mütəxəssislər bildirirlər ki, metabolizma insan orqanizmində həyatın davam etməsini təmin edən əsas bioloji mexanizmlərdən biridir.

Medianews.az

 

Bizə qoşulun