AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan kubokunun yarımfinalının cavab görüşlərindəki qalmaqallı hakim qərarları ilə bağlı danışıb.
Medianews.az “Qafqazinfo”-a istinadla xəbər verir ki, o, federasiyanın saytına açıqlamasında ötən gün baş tutan “Sabah” - “Qarabağ” (2:1) matçında baş hakim Rəvan Həmzəzadənin verdiyi qərarları da şərh edib.
R. Həsənov matçdakı qırmızı vərəqə və oyunun sonundakı penalti epizodu ilə bağlı baş hakimin verdiyi qərarların doğru olduğunu qeyd edib.