Medianews.az
Xamenei ilə bağlı ŞOK İDDİA:
56 baxış

Xamenei ilə bağlı ŞOK İDDİA: Üzü tanınmaz hala düşüb?

ABŞ mediasında İranın ali dini rəhbərliyinə dair sensasion iddialar yayılıb.

Medianews.az xəbər verir ki, "The New York Times" nəşrinin İran mənbələrinə istinadən yaydığı məlumata görə, Müctəba Xamenei fevralın 28-də baş verdiyi iddia olunan hücum zamanı ağır yaralanıb.

İddialara əsasən, o, ayağından üç dəfə əməliyyat keçirib və gələcəkdə protez ayağa ehtiyac duya bilər. Həmçinin bildirilir ki, Xameneinin əlindən də əməliyyat olunub və həmin əzanın funksiyası tədricən bərpa olunur.

Məlumatda qeyd olunur ki, hücum nəticəsində onun üz və dodaq nahiyəsində ciddi yanıqlar yaranıb. Bu səbəbdən danışmaqda çətinlik çəkdiyi və gələcəkdə kosmetik əməliyyatlara ehtiyac ola biləcəyi irəli sürülür.

Xəbərdə o da vurğulanır ki, təhlükəsizlik səbəbilə İran rəsmilərinə onunla birbaşa görüşə icazə verilmir. İddialara görə, İsrail tərəfindən mümkün sui-qəsd riskləri bu qərarın əsas səbəbi kimi göstərilir.

Eyni zamanda, Məsud Pezeşkiyanın Xameneinin müalicə prosesində yaxından iştirak etdiyi də iddia olunur.

ABŞ mediasında yayılan digər məlumatlarda isə Xameneinin üzünün tanınmaz dərəcədə zədələndiyi və buna görə ictimaiyyət qarşısına çıxmaqdan çəkinərək yalnız yazılı açıqlamalar verdiyi bildirilir.

Qeyd edək ki, səsləndirilən bu iddialar rəsmi Tehran tərəfindən hələlik təsdiqlənməyib.

Medianews.az

Bizə qoşulun