Medianews.az
Səhər saatlarında bunları yeməyin -
160 baxış

Səhər saatlarında bunları yeməyin - Zehni sağlamlığa ziyandır

Psixiatr Daniel Amen bəzi məşhur səhər yeməklərinin zehni sağlamlığa mənfi təsir göstərdiyi barədə xəbərdarlıq edib.

Medianews.az xəbər verir ki, Aminin sözlərinə görə, sıx qrafiki olan insanlar səhərlər tez hazırlanan qəlyanaltılara üstünlük verirlər.

O izah edib ki, bunlara qranola batonları, xlopya, şəkər əlavə edilmiş yulaf ezmesi və digər şirin qidalar daxildir.

Həkim xəbərdarlıq edib ki, şəkər və tez şəkərə çevrilən qidalar səhər yeməyi üçün ən pis qidalardır. Həkim iddia edir ki, insan əvvəlcə enerji artımı hiss etsə də, bu, qısamüddətli olacaq. Daha sonra onlar diqqətlərini cəmləməkdə çətinlik çəkəcək və gün ərzində davam edəcək diqqətsizlik hiss edəcəklər. Buna görə də, Amen səhər yeməyində bu qidalardan çəkinməyə çağırıb.

Medianews.az

Bizə qoşulun