Medianews.az
Bütün daxili orqanlar üçün təhlükəli
74 baxış

Bütün daxili orqanlar üçün təhlükəli 2 məhsul

Bəzi qidaların həddindən artıq istifadəsi demək olar ki, bütün daxili orqanlara ciddi zərər verə bilər.

Milli.Az xəbər verir ki, birinci təhlükəli məhsul trans yağlarla zəngin fast-food və hazır qidalardır. Bu məhsullar qaraciyəri yükləyir, ürək-damar xəstəlikləri riskini artırır, mədə-bağırsaq sisteminin işini pozur və maddələr mübadiləsini zəiflədir.

İkinci məhsul isə şəkərli qazlı içkilərdir. Onlar böyrəklərə, mədəaltı vəzə və qaraciyərə ciddi zərər vurur, piylənmə və şəkərli diabet riskini yüksəldir, eyni zamanda immun sistemini zəiflədir.

Həkimlər bu məhsulların gündəlik qidalanmadan mümkün qədər azaldılmasını və təbii, təzə qidalara üstünlük verilməsini tövsiyə edirlər.

Bizə qoşulun