Rusiyalı onkoloq Yevgeni Çeremuşkin təhlükəli xalların əlamətləri barədə xəbərdarlıq edib və nə vaxt həkimə müraciət edilməli olduğunu izah edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Abzats" nəşri məlumat yayıb.
Yevgeni Çeremuşkinin sözlərinə görə, dərinin xarici görünüşündəki dəyişikliklər həyəcan siqnalı ola bilər.
"Diqqət yetirilməli olan ilk məqam xalların ölçüsünün artması, səthlərinin xarakterinin və rəng qammasının dəyişməsidir. Onlar tündləşə və ya əksinə solğunlaşa (rəngsizləşə) bilər. Yəni onların aktivliyi dəyişir. Əgər bu tendensiya davam edərsə, bu, həkimə müraciət etmək üçün səbəbdir", - deyə Yevgeni Çeremuşkin qeyd edib.
O bildirib ki, bəzən xal zədə, iltihab, yanıq və ya allergik reaksiya səbəbindən dəyişə bilər və bu, hər zaman xərçəng demək deyil. Lakin yalnız həkim əsl təhlükəni qiymətləndirə bilər.
"Əlbəttə, xallar iltihablandıqda yalnız xarici parametrlərə əsaslanaraq ciddi təhlükə haqqında qəti şəkildə danışmaq doğru deyil. Sadalanan bütün əlamətlər problemin yalnız bir hissəsini göstərə bilər", - deyə həkim əlavə edib.