Medianews.az
DYP-dən sürücülərə MÜRACİƏTDYP-dən sürücülərə
64 baxış

DYP-dən sürücülərə MÜRACİƏTDYP-dən sürücülərə MÜRACİƏT

"Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bütün yol hərəkəti iştirakçılarını qaydalara ciddi şəkildə əməl etməyə və yollarda diqqətli olmağa çağırır. Müşahidələr də göstərir ki, kəskin və düşünülməmiş manevrlər, xüsusilə qəfil zolaq dəyişmələri, nəqliyyat vasitələri arasında zəruri interval və məsafə saxlanılmaması yollarda qəza riskini əhəmiyyətli dərəcədə artırır. Belə davranışlar digər sürücülər üçün gözlənilməz və təhlükəli vəziyyət yaradır ki, bu da sonda ağır nəticələrə səbəb olur".

Medianews.az xəbər verir ki, bu barədə BDYPİ-nin sürücülərə müraciətində bildirilib.

Qeyd olunub ki, hər hansı manevr zamanı dönmə işıqlarından istifadə edilməsi mütləqdir.

"Çünki vaxtında verilən siqnal digər yol hərəkəti iştirakçılarına yol şəraitini düzgün qiymətləndirməyə və təhlükəsiz qərar verməyə imkan yaradır.

Sürücülərdən qarşılıqlı hörmət nümayiş etdirməyi, tələskənliyə yol verməməyi, yol hərəkəti qaydalarına riayət etməyi, zəruri ara məsafəsi saxlamağı, manevrləri yalnız təhlükəsizliyə tam əmin olduqda həyata keçirməyi xahiş edirik. Unutmayaq ki, yollarda təhlükəsizlik hər bir iştirakçının məsuliyyətindən asılıdır", - deyə müraciətdə vurğulanıb.

Bizə qoşulun