Medianews.az
Bakıda güclü külək ölümə
92 baxış

Bakıda güclü külək ölümə səbəb oldu

Küləkli hava şəraiti ilə əlaqədar bir nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.

Medianews.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yıxılma səbəbilə 5 çağırış qeydə alınıb.

Məlumata görə, 47 yaşlı qadın Sabunçu Tibb Mərkəzinə, 73 yaşlı qadın Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 43 yaşlı qadın və 53 yaşlı kişi isə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Bizə qoşulun