Medianews.az
Şamaxıda ana və iki övladı dəm qazından
47 baxış

Şamaxıda ana və iki övladı dəm qazından zəhərləndilər

Şamaxı rayonunda bir ailənin üç üzvü dəm qazından zəhərlənib.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Mərzəndiyə kəndində baş verib.

Kənd sakini, 1978-ci il təvəllüdlü Aygün Azadxan qızı Miraliyeva və övladları - 2002-ci il təvəllüdlü Asif Namiq oğlu Miraliyev və 2008-ci il təvəllüdlü Natiq Namiq oğlu Miraliyev dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıblar.

Onlara xəstəxanada ilkin tibbi yardım göstərilib, vəziyyətləri sabitdir.

Bizə qoşulun