Ötən gecə ərzində Rusiya hava hücumundan müdafiə qüvvələri Ukraynaya məxsus 95 ədəd PUA ələ keçirərək məhv edib.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, ən çox sayda Krasnodar diyarı üzərində vurulub. Burada 36 PUA məhv edilib. Daha 27-si Rostov vilayəti üzərində, 21-i isə Azov dənizi üzərində məhv edilib.
Həmçinin Belqorod vilayətində 8, Krımda 2 və Volqoqradda 1 PUA ələ keçirilib.