Medianews.az
ABŞ prezidenti təhlükəsizliyindən narahat olduğunu
57 baxış

ABŞ prezidenti təhlükəsizliyindən narahat olduğunu bəyan etdi

ABŞ Prezidenti Donald Tramp öz təhlükəsizliyi ilə bağlı narahatlıqlarının olduğunu, lakin bu cür düşüncələrdən uzaq durmağa çalışdığını bildirib.

Oxu.Az xəbər verir ki, ABŞ lideri "NBC News"a verdiyi müsahibədə bu məsələ ilə bağlı sualı cavablandırıb: "Mən bundan narahatam, amma bunu ağlınızdan çıxarmalısınız, əks halda işinizi görmək mümkün olmazdı".

Qeyd edək ki, Tramp 2024-cü ildə iki sui-qəsd cəhdindən sağ çıxıb. Birincisi, iyul ayında Pensilvaniyada keçirilən seçki kampaniyası zamanı snayper gülləsi onun qulağını deşərkən baş verib. İkincisi, sentyabr ayında bir radikalın Trampın Floridadakı Mar-a-Laqo iqamətgahının yaxınlığında ona atəş açması olub.

Bizə qoşulun