Frontier Airlines aviaşirkətinə məxsus San-Xuan–Çikaqo reysini həyata keçirən təyyarədə insident baş verib. 51 yaşlı kişi aqressiv davranışlar sərgiləyib.
Medianews.az xəbər verir ki, məlumata görə, sərnişin əvvəlcə təyyarənin təcili çıxış qapısını açmağa cəhd edib, daha sonra pilot kabinəsinə yaxınlaşaraq qapını itələyib.
Ekipaj onun davranışına müdaxilə etdikdən sonra vəziyyət daha da gərginləşib.
Bundan sonra sərnişin stüardla fiziki qarşıdurmaya girərək onu boğmağa cəhd edib. Digər sərnişinlər və ekipaj üzvləri onu xüsusi vasitələrlə zərərsizləşdiriblər.
Təyyarə Mayamidəki aeroport hava limanına təcili eniş edib və sərnişin polis tərəfindən saxlanılıb. Daha sonra reys Çikaqoya davam edib.
Rəsmi məlumatlara görə, hadisə ilə bağlı istintaq aparılır və sərnişinə qarşı ciddi ittihamlar irəli sürülüb.
Medianews.az