Medianews.az
Trampdan gözlənilməz açıqlama:
79 baxış

Trampdan gözlənilməz açıqlama: İran nüvə silahından imtina etdi

ABŞ prezidenti Donald Tramp İranın nüvə silahına sahib olmayacağını qəbul etdiyini bildirib.

Medianews.az xəbər verir ki, onun sözlərinə görə, Tehran bu mövqeyi ABŞ ilə aparılan danışıqlar zamanı ifadə edib.

Tramp həmçinin İranın ali rəhbərinin danışıqlar prosesində iştirak etdiyini qeyd edib.

ABŞ prezidentinin açıqlaması Vaşinqton və Tehran arasında davam edən diplomatik təmaslar fonunda səslənib. Bununla belə, tərəflər arasında mümkün razılaşmanın detalları hələ açıqlanmayıb.

Medianews.az

Bizə qoşulun