Medianews.az
Tramp Hörmüzü nüvə silahından istifadə etmək üçün bloklayır -
131 baxış

Tramp Hörmüzü nüvə silahından istifadə etmək üçün bloklayır - VERSİYA

Regionda vəziyyət getdikcə dramatikləşir. ABŞ-nin bu müharibədəki əsas hədəfləri açıq-aydın göz qabağındadır.

Birləşmiş Ştatlar öncə İranı Hörmüz boğazını bağlamağa təhrik etdi, indi isə özü bu boğazı bloklayır. Dünənə qədər çoxları belə düşünürdü ki, Tramp İran tərəfindən bağlanmış Hörmüz boğazının açlması üçün mücadilə edir. Lakin bu gün ABŞ bu boğazı bloklayaraq, oradan İranın icazə verdiyi gəmilərin keçməsinə imkan vermir. Nə baş verir?

Bu gün Hörmüz boğazının açılması Trampa lazım deyil. Əksinə, indi o, bu boğazın mümkün qədər bağlı saxlanmasına çalışır ki, sonda dünyanın bir çox ölkələri - xüsusilə də Avropa Birliyi ölkələri və NATO boğazın açılması uğrunda ABŞ-İsrail cütlüyünün yaratdığı hərbi koalisiyaya qoşulsunlar. Məqsəd budur!

Tramp bu müharibənin məsuliyyətini digər dövlətlərlə və NATO ilə bölüşmək istəyir. Çünki dünya birliyi əzəldən bu müharibənin əleyhinə idi. Qəzzada törədilən qətliamdan sonra isə İsrail dünya xalqlarının etirazı ilə üzləşirdi.

Eyni zamanda, ABŞ-nin İsraillə birlikdə yaratdığı hərbi birliyi genişləndirməkdə məqsədi digər ölkələrin hərbi potensialından yararlanmaq da deyil. İranı bu müharibədə üstələmək üçün Birləşmiş Ştatların yetərli hərbi potensialı var. Sadəcə Tramp çox yaxşı anlayır ki, İran heç bir danışıqlara getməyəcək və onu bombalamaqla təslim etmək mümkün olmayacaq. Elə bu səbəbdən də Tramp İranı məğlub etməyin yeganə yolunu nüvə silahı işlətməkdə görür. Bu addım isə dünyanı silkələyəcək qədər təhlükəlidir. Məsələnin ciddiliyini yaxşı anlayan Birləşmiş Ştatlar prezidenti bu məsuliyyəti digər ölkələrlə bölüşməyi hədəfləyir.

Təsəvvür edin, digər ölkələr koalisiyaya qoşulduqdan sonra da ABŞ ilə İran arasında danışıqlar heç bir nəticə vermir və Hörmüz boğazı bağlı qalır və boğazın bağlı qalması səbəbindən dünya iqtisadiyyatı ciddi itkilərlə üzləşir. Bu halda ABŞ İrana qarşı nüvə silahından istifadə etmək qərarı verir. Belə olarsa atılan adımın məsuliyyəti tək ABŞ və İsrailin üzərində deyil, hərbi koalisiyaya qoşulmuş digər ölkələrin də üzərində qalacaq. Müharibənin uzanmasının, Hörmüz boğazının bağlı qalmasının əsil səbəbi budur!

Fikrət Yusifov,
"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor

Bizə qoşulun