Medianews.az
Tramp neft qiymətlərini çökdürəcəkmi?
168 baxış

Tramp neft qiymətlərini çökdürəcəkmi?

ABŞ prezidenti Donald Tramp aprelin 1-də saat 21:00-da (Vaşinqton vaxtı ilə) İranla bağlı mühüm məlumat vermək üçün xalqa müraciət edəcək.

Ağ evin bu açıqlaması Trampın dünən jurnalistlərə ABŞ qoşunlarının İranı “iki-üç həftə ərzində” tərk edə biləcəyini deməsindən qısa müddət sonra verilib.

Qeyd etmək lazımdır ki, İran müharibəsi başlanandan bəri neft bazarı ABŞ prezidentinin bəyanatlarına son dərəcə həssasdır. Faktiki olaraq, hazırda Donald Trampın açıqlamaları neft bazarını yuxarı və aşağı istiqamətdə hərəkət etdirir.

Dünən “Brent” markalı neftin qiyməti bir barel üçün 119,24 dollara qədər yüksəlmişdisə, artıq bu səhər "qara qızıl" 104 dollardan da aşağı həddə ticarət edilir.

Bazar iştirakçıları təxmin edirlər ki, əgər Tramp İranda müharibənin həqiqətən yaxın zamanda başa çatacağını elan edərsə, neft qiymətləri bu gün daha 10-15% düşə bilər.

Qeyd edim ki, ABŞ-da "Regular" (Ai-92) markalı benzinin qiyməti 1 qallon üçün 4 dollar həddini (yəni 1 litr üçün 1,06 dollar və ya 1.8 manat həddini) keçib.

Bu il fevralın 28-də İranda müharibə başlanana qədər ABŞ-də bu marka benzinin litri 0,55-0,59 dollar arasında dəyişirdi.

İlham Şaban,
Neft Araşdırmaları Mərkəzinin rəhbəri

 

Bizə qoşulun