ABŞ Prezidenti Donald Tramp ilə Çin Xalq Respublikasının sədri Si Cinpin arasında Pekində keçirilən tarixi görüş iki saat davam edib.
Medianews.az xəbər verir ki, liderlər görüş öncəsi əməkdaşlıq və iqtisadi münasibətlərlə bağlı müsbət mesajlar veriblər.
Pekində Böyük Xalq Zalında rəsmi mərasimlə qarşılanan Tramp Çinlə münasibətlərin gələcəyinə nikbin yanaşdığını bildirib: “Çinlə birlikdə böyük gələcəyimiz olacaq. Sizin fəaliyyətinizə böyük hörmətlə yanaşıram”.
Si Cinpin isə çıxışında qlobal siyasi dəyişikliklərə diqqət çəkərək ABŞ və Çinin qarşıdurmadan uzaq durmasının vacibliyini vurğulayıb: “Çin və ABŞ əməkdaşlıqdan qazanır, qarşıdurmadan isə zərər görür. Biz rəqib deyil, tərəfdaş olmalıyıq”.
Görüşdə ikitərəfli ticarət, iqtisadi əməkdaşlıq, İran ətrafındakı gərginlik və Tayvan məsələsinin müzakirə olunduğu bildirilib.
Trampın səfərində ABŞ-nin iri şirkətlərinin rəhbərləri də iştirak edib. Nümayəndə heyətində İlon Mask, Censen Huanq, Tim Kuk və digər tanınmış biznes rəhbərləri yer alıb.
Medianews.az




