Medianews.az
Üç ayda Azərbaycan nə satıb, neçəyə satıb?
414 baxış

Üç ayda Azərbaycan nə satıb, neçəyə satıb?

Medianews.az Azərbaycanın ixrac statistikasına nəzər salıb.

Dövlət Gömrük Komitəsinin hesabatına görə, 2026-cı ilin ilk rübündə rəsmiləşən 5,4 milyard dollarlıq ixracın 4,5 milyard dolları neft-qaz sektorunun, 5 milyon dolları elektrik enerjisinin payına düşüb.

Qalan əsas ixrac məhsulları belə sıralanır:

meyvə-tərəvəz - 187 milyon dollar;

plastmas və ondan hazırlanan məmulatlar - 65,3 milyon dollar;

alüminium və ondan hazırlanan məmulatlar - 63,8 milyon dollar;

pambıq lifi - 57,5 milyon dollar;

kimya sənayesi məhsulları - 46,4 milyon dollar;

şəkər - 27,9 milyon dollar;

qara metallar və onlardan hazırlanan məmulatlar - 24,8 milyon dollar;

alkoqollu və alkoqolsuz içkilər, sirkə - 14 milyon dollar;

tərəvəz və meyvələrin emal məhsulları - 10,9 milyon dollar;

iplik pambıq - 10,2 milyon dollar

bitki və heyvan mənşəli piylər və yağlar - 9,8 milyon dollar;

sement - 9,2 milyon dollar;

çay - 1,7 milyon dollar.

Medianews.az

Bizə qoşulun