Medianews.az
Uzunömürlülüyün açarı:
92 baxış

Uzunömürlülüyün açarı: Hər gün bu qidanı yeyin

Uzunömürlülük üzrə mütəxəssis Den Byuttner uzun yaşamaq istəyənlərə bəzi məsləhətlər verib.

Medianews.az xəbər verir ki, o, qidalanmada paxlalı məhsulları, xüsusilə də lobya yeməyi tövsiyə edib.

Onun sözlərinə görə, araşdırmalar göstərir ki, sadə və təbii qidalar uzun həyatın əsasını təşkil edir.  “Mavi zonalar”da yaşayan insanlar gündəlik rasionlarında tez-tez lobya və digər paxlalılardan istifadə edirlər.

Byuttner bildirib ki, uzunömürlü insanlar orta hesabla digərlərindən dörd dəfə daha çox paxlalı yeyirlər. Bu qidalar zülal, lif və mürəkkəb karbohidratlarla zəngin olduğu üçün orqanizmi enerji ilə təmin edir və sağlamlığı qorumağa kömək edir.

Mütəxəssis gündəlik menyuya ən azı yarım stəkan paxlalı əlavə etməyi tövsiyə edir.

Medianews.az

Bizə qoşulun