Medianews.az
Azərbaycanda bu əmələ görə <span style=color:red>CƏRİMƏ ARTIRILIR
267 baxış

Azərbaycanda bu əmələ görə CƏRİMƏ ARTIRILIR

Fevralın 19-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin videokonfrans formatında iclası keçirilib. Medianews.az xəbər verir ki, iclasda Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə də açıqlama verilib. İclasda iştirak edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov deyib ki, layihə bir sıra qanun layihələrinin və “Aviasiya haqqında” qanunun icrası ilə əlaqədar hazırlanıb. Nazir müavini söyləyib ki, yeni qanunda aviasiya hadisələrinin və insidentlərinin araşdırılmasının təşkilinə, aviasiya personalına dair, mülki aviasiya sahəsində siğorta və mülki hava gəmilərinin istismar edilməsinə dair tələblər öz əksini tapıb. Layihədə həmçinin dəmir yolu nəqliyyatında hərəkətin təklükəsizliyi qaydaları əleyhinə olan bəzi inzibati xətaların dispozisiyalarının təkmilləşdirilməsi və sanksiyadakı cərimə məbləğinin artırılması nəzərdə tutulub.

Bizə qoşulun