2026-cı il Azərbaycanın bir çox siyasətçisi, dövlət adamı və ictimai xadiminə yubiley yaşı gətirir.
Medianews.az bildirir ki, Prezident İlham Əliyev 65 yaşa çatır.
Prezident Administrasiyasının humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Birinci vitse-prezidentin Katibliyinin rəisi Altay Həsənov, baş nazirin müavini Samir Şərifov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, müdafiə nazirinin birinci müavini-Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev, Milli Məclisin deputatları Musa Quliyev (Urud), Bəxtiyar Əliyev, diplomat Ramiz Həsənovun da 65 yaşları 2026-cı ilə düşür.
Deputat Mixail Zabelin, ədib, siyasətçi Sabir Rüstəmxanlı, siyasi xadimlər Zərdüşt Əlizadə, Rafiq Turabxanoğlu, Əli İnsanov, dövlət xadimləri Kamran İmanov, Valeh Ələsgərov, Əlisaab Orucov, Siruz Abasbəyli, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı 80 yaşı haqlayır.
Prezidentin Katibliyinin rəisi Bəylər Eyyubov, deputatlar Rasim Musabəyov, Eldar Quliyev, Fəzail İbrahimli, siyasi xadim Lalə Şövkət, dövlət xadimləri Məhərrəm Əliyev, Ramiz Zeynalov, diplomat Həsən Zeynalov üçün 75 illik yubiley gəlir.
Baş nazir Əli Əsədov, deputat Anar İsgəndərov, siyasi xadim Tahir Kərimli, dövlət xadimləri Xanlar Hacıyev, Sona Salmanova, diplomat Vaqif Sadıqov, tarixçi alim, siyasi xadim Nəsib Nəsibli, ilahiyyatçı, ictimai xadim Nəriman Qasımoğlu 70 yaşı geridə qoyur.
Deputatlar Ülvi Quliyev, Hikmət Məmmədov (Babaoğlu), Jalə Əliyeva, Asif Əsgərov 60, Azay Quliyev, Malik Həsənov, Razi Nurullayev, Azər Əmiraslanov 55, Prezidentin köməkçisi Cəmilə Abbasova, iqtisadiyyat naziri Mikayıl Cabbarov, deputatlar Kamaləddin Qafarov, Pərvin Kərimzadə Vəkillər Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Anar Bağırov 50 yaşı qarşılayır.