Çin Xarici İşlər Nazirliyi Ukrayna Prezidenti Volodimir Zelenskinin Çin vətəndaşlarına qarşı sanksiyalar tətbiq etməklə hədələməsindən sonra Kiyevi səhvlərini düzəltməyə çağırıb.
Medianews.az xəbər verir ki, bu barədə nazirliyin sözçüsü Lin Cian bildirib.
Diplomatın sözlərinə görə, Çin BMT-nin təsdiqi olmadan tətbiq edilən və beynəlxalq hüququ pozan qanunsuz birtərəfli sanksiyalara qarşı davamlı olaraq çıxış edir. Nazirlik nümayəndəsi Pekinin vətəndaşlarının və bizneslərinin qanuni hüquqlarını və maraqlarını qətiyyətlə qoruyacağına əminlik verib.
Lin Jian yekun olaraq bildirib ki, Ukrayna tərəfini səhv hərəkətlərini düzəltməyə çağırırlar.
Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi bu şəkildə Ukrayna liderinin ilin sonuna qədər Çin vətəndaşları da daxil olmaqla, Rusiyanın hərbi sənayesi ilə əməkdaşlıq edən şəxslərə qarşı sanksiyalar tətbiq etmək təhdidlərinə cavab verib.
Medianews.az