Medianews.az
300 bal toplayan şagird:
81 baxış

300 bal toplayan şagird: “Həkim olmaq istəyirəm“

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 9 mart 2026-cı il tarixində keçirilmiş buraxılış imtahanında 300 bal toplayan Muhammedali Qurbanov uğur hekayəsini “Yeni Sabah”la bölüşüb.

O bildirib ki, bu nəticəni əldə edəcəyinə tam əmin olmasa da, daim buna inamla hazırlaşıb:

“Bu balı toplayacağıma əmin deyildim, amma inanırdım ki, yığa bilərəm. İmtahanlara hazırlaşanda məktəb müəllimləri ilə birgə bu prosesi keçmişəm. Bal toplamağımda əsas rolu məktəb oynayıb. 5-11-ci siniflərdə dərslərimə ciddi yanaşmışam”.

M.Qurbanov qazandığı uğurda valideynlərinin böyük rol oynadığını xüsusi vurğulayıb:

“Bu uğuruma görə ən çox valideynlərimə təşəkkür edirəm. Onlar mənə güclü motivasiya verirdilər. Anam ingilis dili müəllimidir”.

Gələcək planlarından da danışan abituriyent həkim olmaq istədiyini deyib:

“Həkim olmaq istəyirəm və Tibb Universitetinə qəbul olmaq niyyətindəyəm”.

O, imtahana hazırlaşan abituriyentlərə də tövsiyələr verib:

“Universitetə hazırlaşanlara məsləhətim odur ki, diqqətlərini yalnız bu istiqamətə yönəltsinlər və telefona çox vaxt ayırmasınlar. Mən də imtahanlara sistemli şəkildə hazırlaşmışam. Hər şeyə müəyyən qədər vaxt ayırmışam, amma əsas diqqətim dərslərim olub”.

Qeyd edək ki, Muhammedali Qurbanov builki buraxılış imtahanında ən yüksək nəticə göstərən iki abituriyentdən biridir.

Bizə qoşulun