Medianews.az
32 yaşlı şəxs
178 baxış

32 yaşlı şəxs şəlalədə batdı

Lənkəran rayonu, Biləsər kəndi yaxınlığında yerləşən Biləsər şəlaləsində vətəndaş batıb.

Medianews.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları çağırış üzrə cəlb olunub.

Dalğıclar tərəfindən 1994-cü il təvəllüdlü Elvin Asif oğlu Quliyevin meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Bizə qoşulun