Medianews.az
Ağdamda avtomobil çaya aşdı
187 baxış

Ağdamda avtomobil çaya aşdı - Video

Ağdam rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Medianews.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun İmamqulubəyli kəndi ərazisindən keçən Xaçınçay çayında qeydə alınıb.

İlkin məlumata görə, minik avtomobili idarəetmədən çıxaraq çaya aşıb.

Hadisə yerinə dərhal aidiyyəti qurumların əməkdaşları cəlb olunublar. Avtomobilin çaydan çıxarılması istiqamətində tədbirlər görülüb.

Məlumata əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb.

Bizə qoşulun